Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.
Manset.az xəbər verir ki, qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev bu məsul vəzifəni yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.