Jurnalistə 5 min avroluq cərimə yazıldı

13:09 - 18 İyul 2024

Jurnalistə 5 min avroluq cərimə yazıldı

İtaliyada sosial şəbəkə vasitəsilə Baş nazir Giorgia Meloni-nin boyunu ələ salan jurnalistə 5 min avro cərimə tətbiq olunub. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistin Meloniyə Twitter-də  "Sən cəmi 4 fut (120 sm) hündürlüyündəsən. Səni görə bilmirəm" yazması "fiziki təcavüz" olaraq xarakterizə edilib və məhkəmə onun 5 min avro dəyərində təzminat ödəməsinə qərar verib. 

Xatırladaq ki, Baş nazir daha öncə də boyu ilə bağlı zarafat edən başqa bir jurnalisti məhkəməyə vermişdi. Həmin jurnalist isə 1200 avro dəyərində təzminat ödəməklə cəzalandırılmışdı.

Qeyd edək ki, müxtəlif media saytlarında Meloninin boyu 1,58 ilə 1,63 metr arasında göstərilir.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az