Almaniyada hökumətdən narazılıq rekord həddə çatdı

17:50 - 18 İyul 2024

Almaniyada hökumətdən narazılıq rekord həddə çatdı

Almanların 24%-i ölkə hökumətinin onları aldatdığına inanır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ştutqartdakı Hohenheym Universitetinin dərc etdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 17%-nin bu fikri qismən bölüşdüyü, respondentlərin 59%-nin isə əks mövqedə olduğu qeyd edilir.

Almaniya sakinləri daha çox siyasi partiyalara (50%), ölkə hökumətinə (44%) və parlamentə (37%) etibar etmirlər.

Sorğu "Forsa" sosioloji xidməti tərəfindən may və iyun aylarında keçirilib. Burada 16 yaşdan yuxarı 5 min insan iştirak edib.

Sorğu göstərib ki, hazırkı hökumətin işindən narazılıq rekord həddə - 71%-ə çatıb, halbuki may ayında bu rəqəm 63% təşkil edib.

 

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az