Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
19 Sentyabr 2024
09:35 - 19 İyul 2024
Fransanın reqbi üzrə milli komandasının iki oyunçusu Argentinada məhkəmə qarşısına çıxarılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onlar zorlamada ittiham edilir.
Argentina məhkəməsi 21 yaşlı Oskar Jequ və 20 yaşlı Hüqo Oradonun məhkəmə prosesi başa çatana qədər ev dustaqlığında qalmalarına qərar verib.
Jequ və Orado beynəlxalq debütlərini iyulun 6-da Fransa millisinin Argentinaya səfəri zamanı Mendozada ediblər.
Müstəntiqlərin sözlərinə görə, matçdan sonra onlar hotellərin birində qadına təcavüz ediblər. Qadın idmançılarla gecə klubunda tanış olduğunu iddia edir. İdmançıların özləri isə bütün ittihamları rədd edirlər.
Qeyd edək ki, fransalılar günahkar bilinərsə, onları Argentinada 8 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin