Şamaxıda minik avtomobili yanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Göylər kəndi yaxınlığında baş verib.
Yanğın zamanı 1985-ci il təvəllüdlü Mərdanov İslam Sovqat oğluna məxsus “Vaz 2104” markalı minik avtomobili tamamilə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.