Berlində İspaniya-İngiltərə yığmalarının oyunundan öncə terror aktının qarşısı alındı

19:22 - 21 İyul 2024

Berlində İspaniya-İngiltərə yığmalarının oyunundan öncə terror aktının qarşısı alındı

Almaniya polisi AVRO-2024 çərçivəsində İspaniya və İngiltərə yığmaları arasında keçirilən oyundan bir neçə saat əvvəl Berlində Braytşaydplats meydanında terror aktının qarşısını alıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Hədəf Braytşaydplats meydanındakı İnjiltərə millisinin tərəfdarları olub. Alman polisinin reyd zamanı 3 şübhəlini saxlaması nəticəsində terror aktının qarşısı alınıb.

Şübhəlilər öncədən polisin müşahidəsi altında olub. Şübhəlilərin mobil telefonlarında ərazidə yerləşən Braytşaydplats meydanı və kilsənin fotoları aşkarlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az