Çexiya Ukraynaya 100 min sursat göndərəcək

17:31 - 22 İyul 2024

Çexiya Ukraynaya 100 min sursat göndərəcək

Çexiya Ukraynaya daha 100 min ədəd sursat göndərəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Onun sözlərinə görə, iyul və avqust aylarında Ukraynaya daha 100 min ədəd sursat göndəriləcək,

“İyul və avqust aylarında biz daha 100 min patron göndərəcəyik. İndi biz yeni döyüş sursatı almaq üçün pul axtarırıq ki, təşəbbüs 2025-ci ildə də davam etdirilsin”, - deyə Lipavski aydınlıq gətirib.

Nazir vurğulayıb ki, ilin sonuna qədər Ukraynaya 500 min döyüş sursatı çatdırılması planlaşdırılır.

Bu ilin fevralında Çexiya prezidenti Petr Pavel Ukrayna üçün 800 min mərminin alınması üçün lazımi məbləğ toplanarsa, üçüncü ölkələrdən alına biləcəyini açıqlamışdı. Aİ və NATO-nun 15 ölkəsi Praqa təşəbbüsünə qoşularaq sursat alınması üçün 1,6 milyard avro ayırıb.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv