Yayın əvəzolunmazı olan qarpızın vacib faydaları

21:25 - 22 İyul 2024

Yayın əvəzolunmazı olan qarpızın vacib faydaları

Yay aylarında ən çox istehlak edilən meyvələrdən biri olan qarpız dərini yeniləyir, toxluq hissi verərək çəkini idarə etməyə kömək edir, xərçəng riskini azaltmada rol oynayır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis dietoloq qarpızın faydaları haqqında danışarkən bildirib ki, antioksidantla zəngin olduğu üçün müntəzəm istifadəsi qan təzyiqini tənzimləyir və lifli quruluşu ilə həzm sistemini dəstəkləyir. Tərkibindəki amin turşuları sayəsində bədəndəki iltihabların aradan qaldırılmasına töhfə verən qarpız toxumları xolesterinin də azalmasına kömək edir.

Bir porsiya qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10%-ni qarşılayır. Tərkibində həmçinin kalium, A və B6 vitaminləri və digər vitamin və minerallar var. C vitamini immun sistemini gücləndirir və bədənə dəmirin sorulmasına kömək edir.  A vitamini dəri və göz sağlamlığı üçün vacibdir.

Qarpız həm də kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır və sinir sistemini dəstəkləyir.  O, həmçinin zülalların parçalanmasına kömək edən, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirən B6 vitamini ilə zəngindir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv