UEFA tanınmış futbol klubunu Konfrans Liqasından kənarlaşdırdı - SƏBƏB

10:32 - 23 İyul 2024

UEFA tanınmış futbol klubunu Konfrans Liqasından kənarlaşdırdı - SƏBƏB

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Ukraynanın "Dnepr-1" klubunu 2024/25 mövsümü üçün Konfrans Liqasından kənarlaşdırıb.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, Apellyasiya Komitəsi Konfrans Liqasının II təsnifat mərhələsinin Macarıstanın "Puşkaş Akademiyası" klubu ilə matçlarında "Dnepr-1"ə iki texniki məğlubiyyət verib.

"Dnepr-1" iki oyunun (25 iyul və 1 avqust) baş tutmamasına görə məsuliyyət daşıyıb və buna görə də cəza alıb.

Bundan əvvəl Ukrayna çempionatının son mövsümündə dördüncü yeri tutan "Dnepr-1"in iflas ərəfəsində olduğu və fəaliyyətini dayandıra biləcəyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, klub 2015-ci ilin noyabrında yaradılıb.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv