Belqorodda məscidi yandırmağa hazırlaşan iki nəfər tutulub.
Manset.az rus mediasına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamada iki nəfərin Belqorod vilayətində məscidi yandırmaqla günahlandırılaraq tutulduğunu bildirilib.
Qeyd edilib ki, cinayətlərini etiraf etdikləri bildirilən şübhəli şəxslər barəsində cinayət işi açılıb.
Fidan Əliyeva
Manşet.az