Bakıda intihar hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb.
Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Bildirilir ki, hadisə xəyanətə görə baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə "bacı" deyə müraciət ediblər.
Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb.
Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.