Paris Olimpiadası üçün böyük təhlükə son anda dəf edildi

19:24 - 25 İyul 2024

Paris Olimpiadası üçün böyük təhlükə son anda dəf edildi

Fransa polisi yaxın günlərdə başlayacaq Olimpiadanı hədəf alan ciddi planın üstünü açıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis Rusiya kəşfiyyatına işlədiyi iddia edilən agenti həbs edib. Bu şəxsin xüsusilə açılış mərasimində genişmiqyaslı tədbir planlaşdırdığı iddia edilib.

Fransa kəşfiyyatı şübhəli şəxsi aylarca izləyib. May ayında şübhəlinin Rusiyada bir kəşfiyyat əməkdaşı ilə telefon danışığı dinlənilib. Bu görüş zamanı həmin şəxs “Fransızlar heç vaxt görmədikləri açılış mərasimi görəcəklər” deyərək təhdid dolu sözlər deyib. Onun Parisdəki evinə basqın edilib. Evdən tapılan sənədlər şübhəlinin Rusiya məxfi xidməti FSB-də işlədiyini və olimpiada zamanı Fransanı qızışdırmaq üçün böyük plan hazırladığını üzə çıxarıb.

Bu hadisə Paris Olimpiadasının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Fransa hakimiyyəti Olimpiada üçün bənzərsiz təhlükəsizlik tədbirləri görür. 60 mindən çox polis və hərbçi vəzifə yerinə yetirəcək, yüksək texnologiyalı təhlükəsizlik sistemlərindən istifadə olunacaq.

Qeyd edək ki, Fransanın daxili işlər naziri olimpiadadan əvvəl bir milyondan çox insanın təhlükəsizlik yoxlamasından keçirildiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv