İstanbulun Çatalca çimərliyində partlayıcı ilə dolu reaktiv xizək tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər tərəfindən aşkarlanan reaktiv xizəklə bağlı jandarma qruplarına məlumat verilib. Hadisə yerinə gələn qruplar yoxlamalar aparıb. İlkin araşdırmalara əsasən onun Ukrayna donanmasına aid olduğu təxmin edilir.
Tapılan reaktiv xizəkdə çoxlu kameralar, hərbi donanmalar və partlayıcı maddələr var. İlkin yoxlamalar başa çatdıqdan sonra cinayət işinin araşdırılması üçün hərbi baxış məntəqəsinə aparılacaq.