"Sumqayıt" - "Fehervar" matçı başa çatıb.
Manset.az xəbər verir ki, təmsilçimiz 1:2 hesabı ilə uduzub.
UEFA konfrans Liqası
II təsnifat mərhələsi
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan) 1:2
Qol: Səbuhi Abdullazadə, 20 - Tobias Kriştensen, 39, C. Spandler, 52
20:56
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçında hesab bərabərləşib.
Manset.az xəbər verir ki, "Fehervar"dan Tobias Kristensen Sumqayıt təmsilçisinin qapısına yol tapıb -1:1.
"Sumqayıt"ın heyətində isə Səbuhi Abdullazadə fərqlənib.
Meydan sahiblərindən Murad Xaçayev isə qırmızı vərəqə ilə cəzalanıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçında hesab açılıb.
"Report xəbər verir ki, "Sumqayıt"ın heyətində Səbuhi Abdullazadə fərqlənib.
Meydan sahiblərindən Murad Xaçayev isə qırmızı vərəqə ilə cəzalanıb.
20:12
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçı start götürüb.
Manset.az xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşün baş hakimi Florian Latadır (Albaniya).