Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
21:19 - 27 İyul 2024
Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.
Manset.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 7 yaşlı uşağın başına bit düşüb.
Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin