Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü Həsən Baxşıyev münaqişə zəminində qohumu 1990-cı il təvəllüdlü Aydın Baxşıyevin qarın, qol və qaş nahiyəsinə bıçaqla xəsarət yetirib. H.Baxşıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.