"Macarıstan Avropa İttifaqından təcrid olunur" - Radoslav Sikorski

16:29 - 29 İyul 2024

\"Macarıstan Avropa İttifaqından təcrid olunur\" - Radoslav Sikorski

"Macarıstan Aİ-də getdikcə təcrid olunur və ölkənin mövqeyi blokun əksər üzv ölkələrini qıcıqlandırır".

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Müsahibəsində o qeyd edib ki, Macarıstan Aİ Xarici Əlaqələr Şurasının son iclasında öz mövqeyinə dəstək almayıb.

"Nəinki dəstək almayıblar, onlar neft tədarükü məsələsində Avropa ilə həmrəylik istəyəndə təcrid olunmuş görünürlər. Onlar bu həmrəyliyi əldə etmirlər, çünki kimsə eqoistlik nümayiş etdirirsə, dostluq etmək çətindir", - nazir əlavə edib.

 

 

Fidan Ceyhunqızı

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az