ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdinin qurbanı kimi FTB-yə ifadə verəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp iyulun 13-də məruz qaldığı sui-qəsd cəhdinin istintaqı çərçivəsində FTB-yə ifadə verməyə razılaşıb.
FTB-nin Pittsburqdakı ofisindən məsul olan xüsusi agent Kevin Rojek bildirib ki, bu, istintaq çərçivəsində cinayət qurbanları ilə standart müsahibələrdir.
O, Trampın ifadəsinin harada və nə vaxt alınacağı ilə bağlı məlumat paylaşmayıb.