Ulduz yarımmüdafiəçi Leroy Sane "Bayern"i tərk edərək karyerasını yenidən "Dumanlı Albion"da davam etdirə bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Londonun “Arsenal” klubu vingeri transfer etməkdə maraqlıdır.
"Topçular" 28 yaşlı futbolçunun keçidini hazırkı transfer pəncərəsində rəsmiləşdirməyi planlaşdırır. Baxmayaraq ki, mənbə Leroyun Münhendən ayrılmaq niyyətində olmadığını, gələcəyini "Bayern"lə bağladığını vurğulayıb.
Sane otən mövsüm "Bayern" forması ilə bütün yarışlarda 42 matç keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 10 qol vurub, 13 məhsuldar ötürmə edib.
Fidan Əliyeva
Manşet.az