Biləsuvarın ən yaşlı sakini vəfat etdi

15:19 - 30 İyul 2024

Biləsuvarın ən yaşlı sakini vəfat etdi

Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar rayonunun ən yaşlı sakini idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az