"Qarabağ" "Linkoln"u darmadağın etdi - YENİLƏNİB

21:58 - 30 İyul 2024

\"Qarabağ\" \"Linkoln\"u darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" hər iki oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

21:07

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, Azərbaycan çempionunun üstünlüyü davam edir - 3:0.

"Köhlən atlar"ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

xxx

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Manset.az xəbər verir ki, Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının üçüncü qoluna imza atıb.

Braziliyalı forvard 44-cü dəqiqədə het-trik edib.

xxx

20:22

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

Manset.az xəbər verir ki, Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

20:10

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv