İranda 3 günlük matəm elan edildi - YENİLƏNİR

13:27 - 31 İyul 2024

İranda 3 günlük matəm elan edildi - YENİLƏNİR

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.

 

Manset.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

***

11:55

HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbəri İsmayıl Haniyə Tehranda dəfn olunacaq.

Manset.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Dəfn mərasimi avqustun 1-i baş tutacaq.

***

10:17

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb.

Manset.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb.

***

10:05

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.

Manset.az xəbər verir ki, HƏMAS liderinin birbaşa raket zərbəsi nəticəsində öldürüldüyü iqamətgahın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 

***

09:05

“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı “HƏMAS” bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin