"Nəvəm Paris-2024-ə qatılmağa icazə vermədi"- Ərdoğan / VİDEO

10:46 - 31 İyul 2024

\"Nəvəm Paris-2024-ə qatılmağa icazə vermədi\"- Ərdoğan / VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının başçılarının toplandığı iclasda çıxış edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada da gündəm olan Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı açıqlama verən Ərdoğan mərasimi sərt şəkildə tənqid edərək, “Paris Olimpiya Oyunlarının açılışında nümayiş etdirilən əxlaqsızlıq təhlükənin miqyasını bir daha ortaya qoydu.  Makron məni dəvət etmişdi. Mən də gələ biləcəyimi bildirmişdim, amma 13 yaşlı nəvəm mənə dedi ki, baba, getmə, onlar orada LGBT nümayişi keçirəcəklər. Dedim ki, yaxşı,mən getməyəcəyəm.

Parisdə həyata keçirilməsi istənilən, insanı, şərəfli varlıqları hətta heyvanlardan da aşağı etmək layihəsi idi. Parisdəki biabırçı mənzərə təkcə xristian dünyasını deyil, onlar qədər bizləri də incitdi, mən ilk fürsətdə bu barədə Papaya zəng edəcəyəm. Bütün xristian dünyasına edilən hörmətsizliyi onunla bölüşəcəm” , - deyə çıxış edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv