ABŞ-li üzgüçülərdə koronavirus aşkarlandı - Paris-2024

11:32 - 31 İyul 2024

ABŞ-li üzgüçülərdə koronavirus aşkarlandı - Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarında daha iki idmançıda koronavirus aşkarlanıb.

 

Manset.az xəbər verir ki, ABŞ üzgüçüləri Devid Conston və Lyuk Uitlokun analizləri müsbət nəticə verib.

Onlar bu səbəbdən karantinə alınıblar.

ABŞ təmsilçilərindən öncə Böyük britaniyalı üzgüçü Adam Piti, eyni növdə avstraliyalı Lani Pallister, eləcə də alman dekatlonçusu Manuel Eyteldə koronavirus aşkarlanıb. Olimpiadanın startından öncə isə beş avstraliyalı idmançı bu infeksiyaya yoluxub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv