İsrailin boykotları məşhur brendlərin satışlarına təsir etdi - Tarixi enişlər baş verdi

12:09 - 31 İyul 2024

İsrailin boykotları məşhur brendlərin satışlarına təsir etdi - Tarixi enişlər baş verdi

İsrailin Qəzzaya hücumları dünya üzrə markaların satışlarına təsir edən güclü boykot dalğasına səbəb olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sürətli xidmət göstərən restoranlar şəbəkəsi "McDonald's" 2020-ci ildən bəri ilk dəfə satışlarında azalma yaşayıb. "Starbucks" və "KFC" kimi böyük brendlər də boykotlardan mənfi təsirlənib.

"KFC" restoranlar şəbəkəsi aprel ayında İsrail əleyhinə boykotdan sonra Malayziyadakı 108 filialını müvəqqəti bağlayıb.

2020-ci ildən bəri ilk dəfə baş verən bu azalma təkcə satışlara deyil, həm də gəlir və mənfəətə də təsir edib.

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin