Bakıda çimərlikdən 9 min manatlıq oğurluq edildi

12:15 - 31 İyul 2024

Bakıda çimərlikdən 9 min manatlıq oğurluq edildi

Bakıda çimərlikdən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərisində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən edilərək saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az