İndoneziyada yaşı 21-dən aşağı olan şəxslərə siqaret satışı qadağan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İndoneziyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yeni qaydalara əsasən, İndoneziya siqaret satışına qadağa 18 yaşdan 21 yaşa qaldırılıb. Həmçinin hamilə qadınlara da siqaret satışı qadağandır.
Bundan başqa, uşaq meydançalarından və təhsil müəssisələrindən 200 metr məsafədə siqaret satışına icazə verilməyəcək.
Fidan Əliyeva
Manşet.az