Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922–1984) “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Manset.az xəbər verir ki, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək. 23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.
Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.
Mariinski Teatrı Primorski səhnəsinin yaradıcı heyəti yeni açılmış, müasir memarlığın şah əsərlərindən sayılan Pekin İncəsənət Mərkəzinin səhnəsində belə irimiqyaslı balet tamaşası təqdim edən ilk truppa olacaq.
Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər. Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.
Xoreoqraf Eldar Əliyev qarşıdakı qastrol səfəri haqqında deyib: “Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloriti əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Baletin xoreoqrafiyasını quranda mümkün qədər həm ədəbi materiala, həm də müəllifin musiqisinə uyğun olmasına çalışmışam. Ona görə də, ümid edirəm ki, bütün tamaşalar uğurlu olacaq”.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.
Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Baletin musiqisində süjetə uyğun olaraq Yaxın Şərqin əzəməti canlanır. Bəstəkar Azərbaycanın milli aləti tarı orkestrə daxil edib və zərb alətlərinin bütün arsenalının (bonqolar, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani, sinc və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini dolğunluqla tamaşaçıya çatdırmağa nail olub.
“Min bir gecə” baleti Pekində ilk dəfə təqdim olunacaq - FOTOLAR
17:10 - 31 İyul 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
07 Dekabr 2025 - 15:40
Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR
06 Dekabr 2025 - 22:57
Onun mahnısı bu ilin ən yaxşı hiti seçildi
06 Dekabr 2025 - 12:59
Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur
06 Dekabr 2025 - 12:12
"Boşluğa Xütbə" filminin premyerası olacaq
04 Dekabr 2025 - 23:24
Məşhur aktrisa Azərbaycan mahnısı paylaşdı - VİDEO
04 Dekabr 2025 - 17:25
Şəki teatrı “Dar ağacı” tamaşasını təqdim etdi - FOTOLAR
03 Dekabr 2025 - 10:01
Azərbaycan UNESCO-nun bu komitəsinə üzv seçildi
02 Dekabr 2025 - 21:35
""Vağzalı"ya qarşı etinadsızlıq yaranıb"
02 Dekabr 2025 - 15:29
"27 ildir bir roman üzərində işləyirəm" - Anar
02 Dekabr 2025 - 13:59
Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı - “Sevgi palitrası”
02 Dekabr 2025 - 12:37
İncəsənət məktəblərinə müəllim qəbulu - Müddət uzadıldı
30 Noyabr 2025 - 19:32
Azərbaycanın bu məşhur şəxsi Qazaxıstanda qəzaya düşdü - FOTO
Xəbər xətti
- 07 Dekabr 2025
- 17:31 Sabahın havası narahatlıq yarada bilər
- 17:17 Leyla və Arzu Əliyeva Dəkkədə uşaq evində - FOTOLAR
- 16:51 Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar
- 16:30 Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a böyük hesabla qalib gəldi
- 16:16 Rusiya Ukrayna su anbarına zərbə endirdi
- 16:00 Azərbaycanda da “Atalar məktəbi” açıldı - Fotolar
- 15:40 Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR
- 15:31 Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
- 15:17 Günəşdə iki güclü partlayış baş verdi
- 15:00 Arda Gülərin pərəstişkarlarına ŞAD XƏBƏR - Böyük ŞANS
- 14:43 Həkimlər evə yolladı, süni intellektdən soruşdu - Dərhal xəstəxanaya qaçdı
- 14:30 "Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
- 14:15 Gəncədə ağır yol qəzası - Yaralılar var
- 13:53 Faciəvi şəkildə ölən qardaşlar - FOTO
- 13:39 Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Məhəmməd Yunusla görüşüblər - FOTO
- 13:30 İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO
- 13:15 Azərbaycanda bu əraziyə qar yağdı
- 13:05 1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
- 12:45 "Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev
- 12:35 Sabah bu ərazilərə qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ
- 12:30 “Boşluğa xütbə”-nin Bakı premyerası böyük maraqla qarşılandı - FOTOLAR
- 12:15 Restoranlarda yeni soyğun üsulu - "Bizdə qayda belədir”
- 12:00 Yaponiya Çinə etiraz etdi
- 11:45 Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - ADLAR
- 11:25 Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
- 11:05 Keçmiş baş nazirlə sevgili olduğunu elan etdi - FOTO
- 10:50 Bıçaqla insanlara hücum etdi - Avtovağzalda dəhşət
- 10:30 Yolkaya bu oyuncaqları asmaq olmaz - SƏBƏB
- 10:05 Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb
- 09:55 "Lexus" kanala aşdı - 5 nəfər öldü
- 09:40 23 nəfər diri-diri yanaraq öldü - Hindistanda FACİƏ
- 09:20 İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
- 09:15 Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
- 09:00 Messi karyerasında 48-ci kubokunu qazandı
- 08:30 Mədə ağrınız varsa, bunları edin
- 08:00 Niyə pəncərə kənarında yatmaq zərərlidir?
- 07:30 Bu hərəkətlər ömrü uzadır
- 01:30 Gərginsinizsə, bu vitamininiz çatışmır
- 00:30 Solaxay insanlar daha ağıllıdır?
- 06 Dekabr 2025
- 23:58 Alonso Mbappe və Ronaldonu müqayisə etdi
- 23:47 “Fənərbaxça” xal itirdi
- 23:29 Zelenski Kuşner və Uitkoffla telefon danışığı apardı
- 23:12 Şəmkirdə ağır QƏZA - Ölən var
- 22:57 Onun mahnısı bu ilin ən yaxşı hiti seçildi
- 22:48 Tofiq Musayevə yüksək vəzifə verildi
- 22:33 Ermənistanda azərbaycandilli kanal bağlandı - VİDEO
- 22:12 Boksçularımız Dünya Kubokunda 4 medal qazandılar
- 21:48 Tulin Ələkbərova həbs edildi
- 21:32 "Yarışın Xankəndidə keçirilməsi Həşimovun xatirəsinə olan ehtiramın göstəricisidir" - Baş hakim
- 21:17 Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə oldu
- 20:59 BDU-nun dosenti vəfat etdi - FOTO