Daha bir jurnalistə vəzifə verildi - FOTO
9 Oktyabr 2024
07:30 - 1 Avqust 2024
IL-22BP molekullarının olmaması bağırsaqların infeksiyalara qarşı müdafiəsini gücləndirir.
Manset.az Medicina.az-a istinadən xəbər verir ki, bunu Kampinas Dövlət Universitetinin (Braziliya) Biologiya İnstitutunun alimləri müəyyən ediblər.
"IL-22BP adlı, spesifik bir zülalı boğan inhibitor molekulların olmaması bağırsaq mikrobiomuna müsbət təsir göstərə və infeksiyalara qarşı müqaviməti artıra bilər", - deyə tədqiqatçılar bildiriblər.
Nəticələr "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə IL-22BP-in sağlam bağırsaq baryerini saxlamaq, bağırsağın selikli hüceyrələrini gücləndirmək və antimikrob maddələr istehsal etmək üçün lazım olan IL-22 zülalının miqdarını azaltdığı müşahidə ediblər. IL-22BP olmayan gəmiricilər "Clostridioides difficile" və "Citrobacter rodentium" bakteriyalarının yaratdığı bağırsaq infeksiyalarına qarşı daha dözümlü olublar.
Bağırsaq toxunulmazlığını süni şəkildə gücləndirməyin mümkün olub-olmadığını öyrənmək üçün alimlər IL-22BP olmayan siçanların bağırsaq bakteriyalarını normal gəmiricilərə köçürüblər. Nəticədə, onlarda da bakteriyalara qarşı müqavimət artıb.
Tədqiqatçılar izah ediblər ki, mikrobiotada faydalı dəyişikliklər IL-22BP olmadıqda qısa zəncirli yağ turşularının istehsalının artması ilə əlaqədardır. Bu turşular bağırsaqların vəziyyətinə müsbət təsir göstərir, antiinflamatuar mühit yaradır və orqanın selikli qişasını gücləndirir. Həmin turşular qida lifinin fermentasiyası nəticəsində bağırsaq bakteriyaları tərəfindən istehsal olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin