Ağsu rayonunda ağır yol qəzası baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.