Məşhur bazarda yanğın söndürüldü YENİLƏNİB + VİDEO/FOTO

16:30 - 01 Avqust 2024

Məşhur bazarda yanğın söndürüldü YENİLƏNİB + VİDEO/FOTO

"Yanğın ərazidə olan kafedən başlayıb".

 

Manset.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant İlqar Nəsibov Baku Tv-yə açıqlamasında deyib.

O bildirib ki, yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və qısa müddət ərzində söndürülüb:

"Yanğın 14:25-də baş verib. Yanğın başlayandan 7 dəqiqə sonra FHN-in texnikaları və canlı qüvvəsi hadisə yerinə gəlib. Alov 150 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb".

***

14:50

Bakıda ticarət mərkəzi yanır.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür”, - məlumatda bildirilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az