ABŞ və Britaniyanın üç böyük hava yolu şirkəti təhlükəsizlik narahatlıqlarına görə İsrailə uçuşları ləğv edib.
Manset.az "CNN"ə istinadən xəbər verir ki, Amerikanın "United Airlines", "Delta Air Lines" və Böyük Britaniyanın "British Airways" aviadaşıyıcıları artan təhlükəsizlik gərginliyinə görə uçuşları ləğv etmək qərarına gəliblər.
Bildirilib ki, aylardır davam edən sərhədyanı atəş mübadiləsi fonunda İsrail və Hizbullah arasında genişmiqyaslı müharibə qorxusu artıb. Hizbullahın yüksək rütbəli komandirinin öldürülməsi isə bu gərginliyi daha da artırıb.