"Livan müharibə istəməsə də, özünü müdafiə etməyə hazırdır" - Nebih Berri

21:12 - 01 Avqust 2024

\"Livan müharibə istəməsə də, özünü müdafiə etməyə hazırdır\" - Nebih Berri

Livan parlamentinin sədri Nebih Berri ölkəsinin müharibə istəmədiyini, lakin özlərini müdafiə etməyə hazır olduqlarını bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Livan parlamentinin sədri Nebih Berri Beyruta gələn Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və müdafiə naziri Con Hilini "Ayn Tinne" iqamətgahında qəbul edib.

Berri və Britaniya nazirləri son vaxtlar İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında artan gərginliyi müzakirə ediblər.

Berri, "Livan müharibə istəmir, eyni zamanda özünü müdafiə etməyə hazırdır", - deyib.

İsrailin Beyrut və Tehranda törətdiyi sui-qəsdlərə toxunan Berri, "İsrailin son zamanlar bütün təklifləri rədd etməsi, döyüş qaydalarını pozması və sui-qəsd siyasətində israr etməsi regionu ağır nəticələrə səbəb olacaq təhlükələrə doğru sürükləyəcək", - deyə xəbərdarlıq edib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az