Türkiyədə "Instagram" bağlandı

15:10 - 3 Avqust 2024

Türkiyədə

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən "Instagram"ın bloklanmasının səbəbi açıqlanıb. Bildirilib ki, radikal qərar "kataloq cinayətlər" kimi müəyyən edilən qaydalara uyğun olmadığı üçün verilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, müvafiq qərar Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun sayt məlumatları sorğu səhifəsində yerləşdirilib.

Səlahiyyətlilər qadağanın nə vaxt ləğv ediləcəyinin "Instagram"ın mövqeyindən asılı olduğunu bildiriblər.

Xatırladaq ki, Türkiyədə aprelin 29-dan "Threads"ə qadağa qoyulub.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin