Azərbaycan XİN-dən Aİ-nin qərəzli və ədalətsiz bəyanatına CAVAB
12 Sentyabr 2024
19:00 - 3 Avqust 2024
Avqustun 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 1-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Bildirilib ki, daxil olan müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli, obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılıb.
Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı müxtəlif məsələlər diqqətə çatdırılıb, namizədlərin irəli sürülməsi, qeydə alınması və müşahidəçilərin akkreditasiyasına dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin