Türkiyənin XİN başçısı Misirə rəsmi səfər etdi

18:42 - 04 Avqust 2024

Türkiyənin XİN başçısı Misirə rəsmi səfər etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.

 

Manset.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.

Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, Hakan Fidan öncə Misirlə Qəzza sərhədindəki Rafah sərhəd-keçid məntəqəsinin qarşısına gəlib, İsrailin Qəzzada əməliyyatları dayandırması üçün beynəlxalq ictimaiyyətin təzyiqləri artırmasını vacib sayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az