Prezidentdən Hadrutun azad edilməsi ilə bağlı PAYLAŞIM
9 Oktyabr 2024
14:30 - 5 Avqust 2024
Xəbər verdiyimiz kimi, Bərdə rayon prorurluğundan verilən məlumata görə, bu gün saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 32 yaşlı Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalarla 29 yaşlı Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov hadisənin bəzi təfərrüatlarını jurnalistlərə danışıb.
Onun sözlərinə görə, hadisə azyaşlının gözü önündə törədilib.
"Səhər-səhər idi, durdum. Gördüm ordan baltanı götürdü. Dedim yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, anamı öldürdü, anamı öldürdü. Girdim ki.... Onun epilepsiyası vardı. Məni də öldürəydi də, məni də vuraydı" - Rəşid İbrahimov əlavə edib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
10:43
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Manset.az xəbər verir ki, bu barədə Bərdə rayon prorurluğundan bildirilib. Məlumata görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
09:39
Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin