Prezidentdən Hadrutun azad edilməsi ilə bağlı PAYLAŞIM
9 Oktyabr 2024
11:26 - 5 Avqust 2024
Avqustun 8-i saat 1:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Əsəd Əhmədov, 24 ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Manset.az xəbər verir ki, bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"1974-cü il təvəllüdlü şəxs (qadın cinsli), 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) və 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) başın, döş qəfəsinin səthi travması və bədənin bir neçə nahiyəsinin əzilməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Xəsarət alanların hər birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - açıqlamada deyilir.
Qeyd edək ki, Bakının Yeni Yasamal adlanan ərazisində 165 nömrəli avtobus zəncirvari qəzaya səbəb olub. Hadisə zamanı avtobusda sürücü olmayıb. Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin