UEFA Çempionlar Liqasının püşkü atıldı - "Fənərbaxça"nın rəqibi bəlli oldu

15:21 - 05 Avqust 2024

UEFA Çempionlar Liqasının püşkü atıldı  - \"Fənərbaxça\"nın rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Fənərbaxça"nın rəqibi müəyyənləşib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə keçirilən püşkatmada məlub olub ki, "Fənərbaxça" "Lill"i mübarizədən kənarlaşdırsa, pley off mərhələsində "Slavia Prague-Union Saint Gilloise"nin qalibi ilə qarşılaşacaq.

Sarı-göylülər "Lill"i mübarizədən kənarlaşdırsa və pley-offa yüksələrsə, bu mərhələdə ilk oyun avqustun 20-də və ya 21-də keçirəcək. Bu turun cavab görüşləri isə avqustun 27-28-də keçiriləcək.
Qeyd edək ki, “Fənərbaxça” pley-off mərhələsini keçsə, Çempionlar Liqasının liqa mərhələsinə yüksələcək.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az