Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, - deyə Fərid Şahbazlı qeyd edib.
Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY
23:45 - 05 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Mart 2026 - 15:59
Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI
23 Mart 2026 - 17:58
Türkiyənin bu məşhuru vəfat etdi - FOTO
23 Mart 2026 - 09:15
Xəstəxanaya yerləşdirilən Xalq artistindən XƏBƏR VAR
23 Mart 2026 - 09:50
Ən etibarsız 15 avtomobil modeli – SİYAHI
23 Mart 2026 - 11:56
Bu şəxslərə ev verilə bilər – Qanun nə deyir?
23 Mart 2026 - 12:25
33 yaşlı kapitan vəfat etdi - FOTO
23 Mart 2026 - 12:40
Bu ərazilərdə güclü külək əsəcək - Qar yağacaq
23 Mart 2026 - 10:30
Anasını öldürən oğul SAXLANILDI
23 Mart 2026 - 15:21
Sabah bu ərazilərdə qaz olmayacaq
23 Mart 2026 - 11:28
İrandan 48 saatlıq kritik XƏBƏRDARLIQ
23 Mart 2026 - 14:26
Tıxaclara qarşı böyük plan - Bakı yollarında nə dəyişir?
23 Mart 2026 - 01:30
Yuxusuzluğa səbəb ola biləcək təhlükəli xəstəliklər
Xəbər xətti
- 24 Mart 2026
- 00:30 Levandovski "Barselona"da qalacaq?
- 23 Mart 2026
- 23:53 Kolumbiyada təyyarə qəzaya uğradı
- 23:46 "Sevilya"nın baş məşqçisi istefaya göndərildi
- 23:34 "Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə etdilər"
- 23:16 Heydər Əliyev Mərkəzi Pakistan bayrağı ilə proyeksiya olundu
- 22:57 SEPAH-ın Tehrandakı əsas qərargahına zərbə endirildi
- 22:41 Xankəndidə KUMUN 2026 konfransı keçiriləcək - Müraciətlər başladı
- 22:28 Putin azərbaycanlı alimi təltif etdi
- 22:14 Azərbaycanda ət ucuzlaşır? - VİDEO
- 21:59 "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik" - Tramp
- 21:42 Ceyhun Bayramov iranlı həmkarı ilə müzakirə apardı
- 21:21 Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
- 21:08 Nigeriyada körpü partladı - 8 nəfər öldü
- 20:49 Şəmkirdə ana və oğlu döyüldü: Maşının şüşəsi sındırıldı - FOTO
- 20:29 ABŞ və İran arasında danışıqlar bu şəhərdə keçirilə bilər
- 20:12 "ABŞ ilə danışıqlara Qalibaf rəhbərlik edir" - KİV
- 19:52 Saatlıda bayram qonaqlığı faciə ilə bitdi - TƏFƏRRÜAT - VİDEO
- 19:31 Şəmkirdə eyni vaxtda 2 qəza - Yaralılar var
- 19:14 İran İsrail HHQ-nin bazasına zərbələr endirdi
- 19:00 İrandan Azərbaycana təxliyə olunanların SAYI
- 18:47 "Çelsi" onun üçün "kisənin ağzını açır"
- 18:30 "Bu gün İran tərəfi ilə telefonla danışacağıq"
- 18:16 İtkin düşən 5 nəfər ötən gün tapıldı
- 17:58 Türkiyənin bu məşhuru vəfat etdi - FOTO
- 17:45 Osimhen bu tarixdə meydanlara qayıdır
- 17:30 Pezeşkian Trampı təkzib etdi
- 17:14 Paşinyan Putinə zəng etdi
- 16:55 Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək
- 16:41 Tramp İranla bağlı qərarını dəyişdi?
- 16:14 Sumqayıtda bayram tonqalında xəsarət alanların VƏZİYYƏTİ
- 15:59 Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI
- 15:52 "Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik"
- 15:35 Lənkərandan Bakıya narkotik daşımaq istəyən tutuldu - ANBAAN VİDEO
- 15:21 Sabah bu ərazilərdə qaz olmayacaq
- 15:05 İran Fars körfəzini minalamaqla hədələdi
- 14:52 Azərbaycan XİN Pakistan xalqını təbrik etdi
- 14:26 Tıxaclara qarşı böyük plan - Bakı yollarında nə dəyişir?
- 14:05 “Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, dolanışıq yaxşı olsun”
- 13:59 Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var
- 13:40 İsrail bu ölkədə quru əməliyyatlarına başlayır
- 13:27 Yüksək rütbəli zabit hədəfdədir - Təbriz səmasında İsrail izi
- 13:10 Çin Sədri İlham Əliyevi təbrik etdi
- 13:05 Polis əməliyyatlar keçirdi - 24 nəfər saxlanıldı
- 12:55 50 yaşlı kişi qətlə yetirildi
- 12:40 Bu ərazilərdə güclü külək əsəcək - Qar yağacaq
- 12:30 İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında - FOTOLAR
- 12:25 33 yaşlı kapitan vəfat etdi - FOTO
- 12:10 Prezident Şamaxıda “Şirvan Aqro”nun açılışında iştirak etdi - FOTO
- 11:56 Bu şəxslərə ev verilə bilər – Qanun nə deyir?
- 11:40 Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı
- 11:28 İrandan 48 saatlıq kritik XƏBƏRDARLIQ