"Qalatasaray"ın baş məşqçisi pley-off matçını izləməyəcək - SƏBƏB

15:11 - 6 Avqust 2024

Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk "Yanq Boyz"la hər iki matçda ehtiyat oyunçular skamyasında olmayacaq.

Buna səbəb isə Okan Burukun ötən mövsüm Avropa Liqasında "Sparta Praqa"ya 4:1 hesabı ilə uduzduqları oyunda baş verən insidentlərdən sonra 2 oyunluq cəzalanmasıdır.

Qeyd edək ki, həmin matçda "Qalatasaray"ın futbolçusu Kaan Ayhan da qırmızı vərəqə alıb və o da "Yanq Boyz"la ilk oyunda meydana çıxa bilməyəcək.

 

Fidan Əliyeva

Manşet.az

 

 

 

 

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin