"Məğlub olarsa, qan su yerinə axa bilər" - Bayden

16:16 - 8 Avqust 2024

ABŞ prezidenti Co Bayden  hesab edir ki, onun keçmiş siyasi rəqibinin təxribat xarakterli bəyanatları ciddi qəbul edilməlidir. Bayden deyir ki, o, Trampın prezident seçkilərində məğlub olacağı təqdirdə hakimiyyətin dinc yolla ötürüləcəyinə "heç də əmin deyil".

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bayden Trampın noyabr seçkilərində məğlub olacağı təqdirdə ölkədə və ABŞ avtomobil sənayesində “qan su yerinə axacaq” ifadəsi ilə bağlı açıqlamalarının ciddiyə alınmasını təklif edib. Ağ Ev o zaman keçmiş prezidentin zorakılığa təhrik etdiyini iddia etsə də, o, bu iddianı təkzib etmişdi.

Bayden seçki yarışından rəsmən geri çəkildikdən və Demokratik namizədliyini Kamala Harrisə buraxdıqdan sonra ilk dəfə açıqlama verib.

Hakimiyyətin sülh yolu ilə ötürülməsinə inamı ilə bağlı suala o, belə cavab verib:

"Tramp qalib gəlsə. Xeyr, mənim qətiyyən inamım yoxdur". Prezident daha sonra sözünü düzəldib və deyib: “ Daha doğrusu, Tramp uduzsa, mənim heç bir inamım yoxdur”.

Çıxışına davam edən Bayden, "Biz onu ciddiyə almırıq. Amma o, ciddidir. Hazırda yerli seçki məntəqələrində etməyə çalışdıqlarına fikir versəniz, mənimlə razılaşarsınız" , - deyə açıqlama verib. 

Qeyd edək ki, Tramp 6 yanvar 2021-ci ildə Baydenin andiçmə mərasimindən cəmi üç həftə əvvəl tərəfdarları qarşısında çıxış etmişdi.

Gülləkeçirməz şüşə arxasından danışan Tramp ondan oğurlandığını iddia etdiyi seçkini heç vaxt “qəbul etməyəcəyini” bəyan etmişdi.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin