Yaponiyada bir ay ərzində polisə 1307 dəfə zəng vuran və təhqiramiz ifadələr işlədən 69 yaşlı Yoşio Şimada həbs olunub.
Manset.az xarici mediata istinadən xəbər verir ki, o, "polisin öz vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə saxlanılıb.
Şəxs polisə zəng edərək təhqiramiz ifadələr işlədib və polisdən onu həbs etməsini tələb edib.
Həbs olunduqdan sonra günahını etiraf edib.