Ərdoğan Qətər əmiri ilə görüşdü

18:33 - 8 Avqust 2024

Ərdoğan Qətər əmiri ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələr, İsrail və Fələstin münaqişəsi,regional və qlobal hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin bölgəyə daimi sülh və əmin-amanlıq gətirəcək həll yolu üçün çalışmalarını davam etdirdiyini bildirib və Qətərlə birlikdə məhsuldar səyləri artırmaq niyyətində olduqlarını vurğulayıb.

 

Onlar həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin