Gömrük Komitəsi ləğv olunur?
7 Sentyabr 2024
19:38 - 8 Avqust 2024
Avropa İttifaqı Komissiyası Kosovoya qarşı tətbiq edilən cəza tədbirlərinin daha da artırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən olan Peter Stano Kosovo hökumətinin Mitrovitsa şəhərində şəhərin alban və serblərin yaşadığı hissələrini ayıran İbre çayı üzərindəki əsas körpünü açmaq cəhdi ilə bağlı fikir bildirib.
Keçən il Kosovonun şimalındakı gərginliyi azaltmaq üçün addım atmadığı səbəbiylə Aİ-nin ölkəyə tətbiq etdiyi “cəza tədbirləri”nin hələ də qüvvədə olduğunu qeyd edən Stano, “Bütün Aİ aktorları tədbirlərin artırılmasının zəruriliyi ilə razılaşarsa, bunlar daha da artırıla bilər”, - deyib.
Poçt şöbələrinin bağlanması və körpünün trafikə açılması ilə bağlı mövqelərini açıq şəkildə ifadə etdiklərini vurğulayıb:
“Son bir neçə gün ərzində biz Kosovodakı həmkarlarımıza bir çox səviyyələrdə, bir çox cəhətdən və bir çox tərəfdaşlar vasitəsilə mövqeyimizi çox aydın şəkildə çatdırdıq. Təkcə Aİ deyil, əsasən Kosovonun bütün beynəlxalq tərəfdaşları Priştina administrasiyasına bu mənfi, birtərəfli və razılaşdırılmamış addımları atmamağı deyirlər. Ümid edirik ki, onlar nəhayət mesajımızı eşidəcəklər və vəziyyət dəyişməzsə, hansı tədbirləri görəcəyimizi düşünməkdən çəkindirəcəklər".
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin