Azərbaycan güləşçisi ilk görüşdə məğlub oldu - Paris-2024

15:10 - 9 Avqust 2024

Azərbaycan güləşçisi ilk görüşdə məğlub oldu - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

 

Manset.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

Görüşdə idmançımız rəqibinə 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin