İranın Əlburz vilayətində mülki təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında Əlburz əyalətinin Nəzərabad rayonunda 2 nəfərlik təlim təyyarəsi qəzaya uğrayıb.Qəzaya uğrayan təyyarədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Fidan Əliyeva
Manşet.az