"Nə ağzının danışığın bilir, nə də oxumağı bacarır, amma bütün günü efirdədir" - SƏRT DANIŞDI
14 Sentyabr 2024
16:57 - 9 Avqust 2024
ABŞ-nin ən işlək şəhərlərindən biri olan Nyu-Yorkun metroları təhlükəli olması ilə məşhurdur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla belə, yeni araşdırma metropolitenlərin ən təhlükəli tərəflərindən birini üzə çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, Nyu-York metrolarında hava da ölümcüldür.
Nyu-York metrolarında səyahət edən sərnişinlər təhlükəsiz həddən 10 dəfə çox ola biləcək ölümcül hava çirkliliyi ilə üzləşirlər.
Tədqiqatçılar yanma nəticəsində ayrılan kiçik hissəciklər olan, ağciyərlərə və qana çata bilən, xərçəng,ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölümə səbəb olan hissəciklərin səviyyələrini araşdırdılar.
Komanda müəyyən edib ki, platformalarda orta çirklənmə konsentrasiyası kubmetrə 139 mikroqram, qatarlarda isə kubmetrə 99 mikroqram təşkil edib.
Ümumdünya Səhiyyə Təşkilatının limit dəyəri 15 mikroqram olaraq ifadə edilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin