HƏMAS rəsmisi həlak oldu

22:07 - 9 Avqust 2024

HƏMAS rəsmisi həlak oldu

HƏMAS-ın yüksək rütbəli rəsmisi Samir əl Həcc Livanın Sidon şəhərində avtomobilə hücum nəticəsində həyatını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri bu gün Livanın cənubundakı Sidon liman şəhərində bir avtomobili hədəfə alıb. Hücumda HƏMAS-ın yüksək rütbəli rəsmisi, Livandakı Fələstin qaçqınlar düşərgəsi Ayn əl-Hilvedə işləyən Samir əl Həcc həyatını itirib.

Avtomobildə olan digər zabit isə ağır yaralanıb.

Manşet.az


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin