Paytaxtda orta aylıq əməkhaqqı bu qədər artdı

14:14 - 10 Avqust 2024

Paytaxtda orta aylıq əməkhaqqı bu qədər artdı

2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1272,3 manat təşkil edib.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin